'O, həmişə görüşdüyümüz otağadək yeriyə bilmədi'

DÜNYA
07:44 23.01.2013
2021
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun səhhəti pisləşib.AZXEBER.COM-un “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu onun vəkili Sergey Vlasenko bildirib.“Yuliya Vadimirovnanın belindəki problemlərlə əlaqədar səhhəti pisləşib və yeriyə bilmir. Ona görə də əvvəllər görüşdüyümüz otağadək yeriyə bilmədi. Yuliya Timoşenko otura bilir, amma bu zaman ağrıları olur. Bizim görüşümüz boyu o uzandı, oturmadı”, - vəkil mətbuat konfransında bildirib.Sergey Vlasenko Ukraynanın Dövlət Penitensiar Xidmətinin Yuliya Timoşenkonun vəkili və qızı Yevgeniya Timoşenko ilə görüşdən istina etməsi barədə məlumatını təkzib edib: “Bu, ağ yarandır. Bir insan süni şəkildə ətraf mühitlə ünsiyyətdən məhrum edilib, zəng etmək imkanı yoxdur və yeganə ünsiyyət vasitəsi şəxsi görüşlərdir. Necə təsəvvür etmək olar ki, belə bir adam görüşdən imtina etsin?”.
OXŞAR XƏBƏRLƏR