Ohanyan Qarabağdakı məğlubiyyətə görə erməni generalları danladı

SOSİAL
13:25 11.04.2016
2883
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Dağlıq Qarabağda səfərdə olub.
Erməni nazir səfər çəçivəsində generallarla görüş keçirib. Görüşdə Qarabağdakı 4 günlük müharibədən danışan erməni nazir generalları sərt tənqid edib.
Hərbi əməliyyatlar zamanı böyük itkilərə görə öz iradlarını bildirən nazir müəyyən tapşırıqlar da verib.
Qeyd edək ki, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan tərəfi cəbhədə təxribat törətməyə cəhd edib. Azərbaycan ordusu düşmən təxribatına layiqli cavab verib və bir neçə hərbi yüksəkliyi əldə edib. Aprelin 5-də tərəflərin razılığı ilə atəşkəs elan olunub.
/// baku.ws

OXŞAR XƏBƏRLƏR