Okan Buruk Azərbaycan millisində işləməkdən imtina etdi

Okan Buruk Azərbaycan millisində işləməkdən imtina etdi
İDMAN
14:48 14.11.2021
1139
Türkiyəli baş məşqçi Okan Burukun Azərbaycan millisinin sükanı arxasına keçidi baş tutmayıb.

48 yaşlı mütəxəssis AFFA-nın təklifini qəbul etməyib.

Onun hazırda ölkə xaricində işləmək istəmədiyi üçün bu addımı atdığı bildirilib. İddiaya görə, Anadolu klublarından da təklif alan Burukun əsas hədəfi İstanbul təmsilçilərindən birinə rəhbərlik etməkdir.

Qeyd edək ki, Türkiyə mətbuatı daha əvvəl Samet Aybabanın AFFA ilə anlaşdığını yazıb.
 
\Report
OXŞAR XƏBƏRLƏR