Alimlər son vaxtlar yoluxma sayı artan Covid-19 variantlarının necə yayıldığını araşdırıblar.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İngiltərənin qurumlarından biri olan Oksford Universitetinin alimləri koronavirus epidemiyasının necə yayıldığını araşdırıblar.
"Nature” jurnalında dərc olunan araşdırmada elm adamları Covid-19 xəstəsi ilə görüşə sərf olunan vaxtın məsafədən çox daha vacib olduğunu vurğulayıblar.
Tədqiqatın aparıcı alimi Luca Ferretti deyib: "Biz yoluxmuş şəxslərə məruz qalma müddətinin Covid-19 pandemiyasında ötürülmənin vacib müəyyənedicisi olduğunu və tənəffüs patogenlərinin gələcək yayılmasına hazırlaşarkən nəzərə alınmalı olduğunu gördük".
Gülay