Oğlan sevdiyi qıza elçi gedən oğlanı öldürdü

Oğlan sevdiyi qıza elçi gedən oğlanı öldürdü
KRİMİNAL
00:44 11.03.2015
2481
Göyçay rayonunda gənclər arasında baş verən və ölümlə nəticələnən davanın təfərrüatları bəlli olub.
Mərhum Rahib Əliyevin ailə üzvləri APA-nın yerli bürosuna bildiriblər ki, Elşən Məmmədovun valideynləri 3 ay əvvəl kənd sakini olan qızın evinə elçi gediblər, lakin qızın valideynləri övladlarının Elşənlə ailə qurmasına razı olmayıblar.
Qızın atası Elşən Məmmədova xəbərdarlıq edib və qızına yaxın durmamağı deyib. Bu günlərdə isə mərhum Rahib Əliyevin valideynləri həmin qıza elçi gediblər və onlar qızın, eləcə də valideynlərinin razılığını alıblar. Qızın barmağına üzük taxılıb və Novruz bayramında nişan mərasiminin keçirilməsi haqqında razılıq əldə olunub.
Bundan sonra Elşən Rahibin evinə gələrək, onu söhbətə çağırıb. Deyib ki, gedək qızla görüşək və görək qız kimi istəyir. Rahibi aldadaraq küçəyə çıxaran Elşən Rahibin öz maşınında qızın evinə gedərkən yolda onu bıçaqlamağa başlayıb. Rahibə 9 bıçaq xəsarəti yetirən Elşən sonra yerə düşərək onun avtomobilinin şinlərini də bıçaqla kəsib-doğrayıb ki, yaralını vaxtında xəstəxanaya aparmaq mümkün olmasın. Əvvəlcədən Rahibin evinə hazırlıqlı gələn və onu amansızlıqla qəsdən qətlə yetirən Elşən Məmmədov tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
13:19 09.06.2026
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
Gəmidəkilərin nəşləri tapıldı
13:10 09.06.2026
Gəmidəkilərin nəşləri tapıldı