Azxeber.com-un publika.az-a istinadən məlumatına görə, adını gizli saxlayan ingilis atletlərdən biri yazdığı “The Secret Olympics” (Olimpiada sirləri) adlı kitabında yer verdiyi iddialar İngiltərədə keçiriləcək turnir ərəfəsində böyük qalmaqal yaradıb. 2000-ci ildə Sidney olimpiadasının iştirakçısı olan idmançının yazdığına görə, idmançıların qalması üçün ayrılan olimpiya şəhərciklərində prezervativ, spirtli içki və narkotik maddə adi vaxtlardan çox istifadə olunur. İdmançı bildirib ki, həmin il olimpiya şəhərciklərində 1 həftə ərzində 70 min prezervativ paylanıb. ABŞ-ın 8 qızıl medal qazanmış üzgücüsü Maykl Felpsin 2008-ci ildəki olimpiadadan sonra narkotik maddə istifadə edərkən görüntülənməsi və striptizçi qadının onun cinsi həyatına dair açıqlamalar verməsi də idmançılar haqqınmda yayılanların doğru olduğunu söyləyir. Kitabda həmçinin, Olimpiada tarixində 1992-ci ildən idmançılara onminlərlə prezervativ paylanıldığı da yazılıb.