Olimpiadada uddu, medalını sındrdı - FOTO

İDMAN
15:21 31.07.2012
3941
London Olimpiadasının qalibi öz medalını salıb sındırıb. Brazilyalı cüdoçu Felipe Kitadainin bürünc medalı qırılıb.Məlumata görə, 60 kq çəki dərəcəsində yarışan və 3-cü yerə çıxan Kitadai medalının boynundan heç çıxarmayıb. Ancaq duşa girərkən onun islanmaması üçün medalı çıxarmaq istəyib. Bu zaman Olimpiya mükafatı onun əlindən sürüşərək yerə düşüb. Nəticədə medalın lent taxılan halqası sınıb. Bundan əlavə onun üzərində çat yaranıb.İdmançının sözlərinə görə, artıq onu boyuna taxmaq mümkün deyil. Kitadai Beynəlxalq Olimpiya Komitəsinə müraciətlə yeni medal istədiyini deyib.
Ans press

OXŞAR XƏBƏRLƏR