Olimpiya oyunları-2020 Bakıda keçirilməyəcək

İDMAN
20:20 24.05.2012
2460
Beynəlxalq olimpiya komitəsi (BOK) Kvebekdə (Kanada) keçirdiyi iclasında 2020-ci ildə keçiriləcək Olimpiyada ev sahibliyinə namizədlər sırasına Bakı və katarın paytaxtı Doxa şəhərini daxil etməyib.BOK-ın rəsmi saytının verdiyi xəbərə görə, 32-cü Olimpiyada keçirməyə yalnız üç namizəd-şəhər qalıb: İstanbul, Tokio və Madrid. Olimpiadanın hansı şəhərdə keçirilməsi barədə son qərar 2013-cü ilin sentyabrında veriləcək.Qeyd edək ki, İstanbul Olimpiya oyunları üçün namizədliyini 5 dəfə, Madrid –3, Bakı, Doxa və Tokio 2 dəfə irəli sürüb.Bu ölkələr arasında yalnız Tokio (1964 ildə) Olimpiada keçirməsi təcrübəsinə malikdir.Xarici mütəxəssislərin ehtimallara görə Doxada yay vaxtı həddindən artıq havaların isti keçməsi ilə bağlı, Bakı isə geniş miqyaslı idman yarışmalarının təcrübəsinin olmaması ilə bağlı namizədlər siyahısından çıxarılıblar.

OXŞAR XƏBƏRLƏR