Olimpiya qızılına görə azərbaycanlı idmançılara Porsche avtomobili hədiyyə veriləcək
İDMAN
16:14 26.07.2012
1491
Azərbaycanın Güləş Federasiyasının vitse-prezidenti Babək Babayevin başçılıq etdiyi “Yeni Həyat” şirkəti Londonda 2012-ci il Olimpiadasında çıxış edən azərbaycanlı güləşçilərin alacaqları hədiyyələrin adlarını açıqlayıb. Azərbaycanın Güləş Federasiyasından bildirilib ki, Oyunların qızıl medalçıları şirkətdən Porsche Cayenne avtomobili hədiyyə alacaqlar.Qeyd edək ki, 2004 və 2008-ci illərin Olimpiya oyunlarının qızıl mükafatçıları mənzil və avtomobil hədiyyə almışdılar.