Olimpiyadada qızıl medal gətirən idmançıya 400 min manat veriləcək - SƏRƏNCAM

İDMAN
00:48 04.07.2012
1873
Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM AzərTaca istinadən xəbər verir ki, XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə aşağadakı mükafatlar müəyyən edilib.1. Birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;2. İkinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;3. Üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.XIV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə isə bu mükafatlar müəyyən edilib:1.Birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;2. İkinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;3.Üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

OXŞAR XƏBƏRLƏR