Oğlu boşanmaq istəyən anasını güllələdi

KRİMİNAL
17:23 11.03.2014
2313
İstanbulun Çağlayan səmtində yerləşən Ədliyyə Sarayına silahlı basqın edilib.
AZXEBER.COM “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, basqın nəticəsində 1-i qadın və 1-i mühafizə polisinin əməkdaşı olmaqla, 3 nəfər yaralanıb.
Həkimlərin təcili müdaxiləsinə baxmayaraq, yaralı qadının və polisin həyatnı xilas etmək mümkün olmayıb.
Məlumata görə, Halime Aslan boşanma iddiası əsasında polis müşayiəti ilə Ədliyyə Sarayına girərkən oğlu tərəfindən odlu silahla vurulub.
H.Aslan hadisə yerində həlak olub. Güllə yarası alan polis əməkdaşı Emrah Taşdemir isə xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Basqınçı həbs olunaraq polis bölməsinə aparılıb.

OXŞAR XƏBƏRLƏR