Oğlu tərəfindən maşını yandırılan ata: “Yanında oturub isinirdi”

Oğlu tərəfindən maşını yandırılan ata: “Yanında oturub isinirdi”
SOSİAL
20:01 08.07.2022
342
Qəbələdə atasının avtomobilini yandıran şəxsə hökm oxunub.

"Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrında rayonun kəndlərindən birində baş verib. Belə ki, atası ilə birlikdə yaşayan 1982-ci il təvəllüdlü Zöhrab Məmmədov (şərti) maşınını ona vermədiyi üçün atasından qisas almaq məqsədilə "Ford Transit” markalı mikroavtobusun üzərinə benzin tökərək yandırıb. Nəticədə avtomobil tamamilə yararsız vəziyyətə düşüb. Avtomobilin sahibi Səhrab Məmmədova (şərti) 12 min manat zərər dəyib. 

Hadisə ilə bağlı başlanılan cinayət işinə Qəbələ Rayon Məhkəməsində baxılıb. 

Məhkəmədə ifadə verən Zöhrab Məmmədov bildirib ki, hadisə baş verən gün o, içkili olub və atası ilə mübahisələri düşüb:

"Atam mikroavtobusla sərnişin daşıyaraq qazanc əldə edirdi. Ona dedim ki, maşını başqalarına yox, mənə versin, sürüm. Sərnişin də daşıyaram. O isə avtomobili heç vaxt mənə verməyəcəyini bildirdi. Buna görə aramızda mübahisə düşdü. Daha sonra mən evdən çıxıb kafeyə getdim. Evdə də içki içmişdim, kafedə də pivə içdim. Sonra evə gəldim. Çox əsəbi idim və qərara gəldim ki, atamın maşınını yandırım. Gecə saat 03 radələrində həyətə düşdüm. Avtomobilin üzərinə benzin tökərək alışqanla yandırdım. Daha sonra atam, anam və həyat yoldaşım pəncərədən maşının yandığını görüb kimin etdiyini soruşdular. Dedim ki, özüm etmişəm. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin işçiləri gəldilər və yanğını söndürdülər. Daha sonra polislər gəlib məni bölməyə apardılar. İzahatımı aldılar. 

Əməlimdən çox peşmanam. Atamla barışmışıq. Özüm II qrup əliləm, eyni zamanda talassemiya xəstəsiyəm. Himayəmdə üç yetkinlik yaşına çatmayan uşağım var. Çox xahiş edirəm, bütün bunlar nəzərə alınaraq mənə yüngül cəza verilsin”. 

Hadisə zamanı zərərçəkən Səhrab Məmmədov məhkəmədəki ifadəsində bildirib ki, hazırda oğlu ilə barışıb və onunla bağlı heç bir tələbi yoxdur:

"Həmin gün o, içkili idi və məndən maşını istədi. Elə içkili olduğuna görə maşını ona vermədim. Gecə nəvəm gəlib məni oyadaraq dedi ki, maşın yanır. Mən də durub baxanda gördüm ki, Zöhrab yanan maşının yanında durub isinir. 

O maşını altı il əvvəl almışdım. Onunla sərnişin daşıyırdım. Oğlum isə onu yandırdı. Mənə 12 000 manat dəyərində zərər dəydi. Onu alanda oğlumun mənə köməkliyi dəyməmişdi”.

Qəbələ Rayon Məhkəməsinin hökmü ilə Zöhrab Məmmədov CM-nin 186.2.2-ci maddəsi ilə (Əmlakı qəsdən yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla məhv etmə və ya zədələmə) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra isə CM-nin 70-ci maddəsi (Şərti məhkum etmə) tətbiq edilərək iki il sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunub.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
09:16 15.09.2025
Yeni dərs ili yeni ümidlər deməkdir - Emin Əmrullayev
Sabirabad sakini həmkəndlisini qətlə yetirib
09:04 15.09.2025
Sabirabad sakini həmkəndlisini qətlə yetirib