“Oğlum Londondan zəng edib ki, oxumuram” - Nadir Qafarzadə

MAQAZİN
13:16 29.10.2014
2426

Müğənni Nadir Qafarzadə Londonda təhsil alan oğlu Loğmandan danışıb.“5/5” verilişində qonaq olan sənətçi haqqında çıxan şayiələrə övladlarının mənfi reaksiya göstərdiyini deyib:

“Bu günlərdə haqqımda bir xəbər yazılmışdı. Oğlum Londonda o xəbəri oxuyub. Mənə zəng vurmayıb, aramızda pərdə var. Anasına Londondan zəng edib ki, mən oxumuram. Qayıdıram Bakıya, atam haqqında deyilənlərə cavab verəcəm. Bu sözlərə son qoyacam. Anası da yola gətirib ki, atan özü yoluna salacaq, sən dərslərinlə məşğul ol. İnsan haqqında çox şeylər yazıb gözdən salmağa çalışırlar. Mən qohumlarıma deyirəm ki, heç yerdə mənim adımı çəkməyin. Pis işiniz varsa, deməyin Nadirin qohumuyam. Hər nəsildə pis də, yaxşı da olur”.//axsam.az

OXŞAR XƏBƏRLƏR