"Oğlumun ölüsünü mənə göstərmədilər" - Roza

"Oğlumun ölüsünü mənə göstərmədilər" - Roza
MAQAZİN
14:32 30.01.2019
5535
Müğənni Roza Zərgərli doğularkən ölən oğlu haqda etiraf edib. 

Sənətçi "Bizimləsən" verilişində bildirib ki, hər zaman övladının ölmədiyini düşünür:

"Bənövşəm əkiz doğulub, o biri uşaq oğlan idi. 20 il qabaq doğulub... Çətin əməliyyat oldu, doğulanda gördüm. Sağ idi... 

Sonra reanimasiyaya düşdüm, əməliyyat olundum, 3 gün sonra ayıldım. Onda dedilər ki, uşaq öldü. Mənə ölüsünü göstərmədilər. Hər zaman düşünürəm ki, övladım hardasa yaşayır. Kaş çıxıb gələrdi ki, yaşayır".
 
///Axşam.az
OXŞAR XƏBƏRLƏR