'Onda demişdim Ermənistan prezidenti seçiləndən 3 il sonra siyasəti birdəfəlik tərk edəcəm'
DÜNYA
15:00 25.12.2012
1149
Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqressi” partiyasının lideri Levon Ter-Petrosyan 2013-cü ildə Ermənistda keçiriləcək prezident seçkilərində iştirak etməyəcək. O, bu barədə “Çorrord inknişxanutyun” qəzetinə müsahibəsində danışıb. Eks-prezident deyib ki, artıq onun 68 yaşı var. Hesab edir ki, prezident kürsüsündə ondan daha gənc olan biri əyləşməlidir. Daha sonra zarafata keçən Levon Ter-Petrosyan deyib ki, burada yaş bəhanə ola bilməz. “Lakin bütün ciddiyətimlə xatırlatmaq istəyirəm. Yəqin unutmusunuz, keçmiş prezident seçkiləri ərəfəsində, 2007-ci ilin 16 noyabr tarixində, rəsmi şəkildə çıxışım zamanı bu haqda danışmışdım. Onda demişdim Ermənistan prezidenti seçiləndən 3 il sonra siyasəti birdəfəlik tərk edəcəm. Sizə bildirmişdim ki, bu şəkildə sizə ölkənin yeni prezidentini azad və qanuni seçkilər vasitəsilə seçmək imkanı verirəm”, - deyə Levon Ter-Petrosyan bildirib.