Lənkəranda təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı

Lənkəranda təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı
KRİMİNAL
17:00 26.09.2025
164
Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun oğurlandığı barədə polisə məlumat verib.
 
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis  əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi 23 yaşlı Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub. 

Araşdırmalarla K.Əlizadənin kartdakı pulu nağdlaşdırmaq və terminal vasitəsilə pul göndərmək üçün kömək istəyən ümumilikdə 4 nəfərin kartındakı 1977 manat vəsaiti taladığı müəyyən edilib.

Faktlarla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır. K.Əlizadənin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.
OXŞAR XƏBƏRLƏR