"Onlar rəqəmsal terrora məruz qalır, səs və görüntüləri təqlid edilir"

"Onlar rəqəmsal terrora məruz qalır, səs və görüntüləri təqlid edilir"
SOSİAL
16:05 02.02.2026
279

Deputat Azay Quliyev Milli Məclisin iclasında yaz sessiyasının işlər planına dair təkliflər irəli sürüb.

AZXEBER.COM-un xəbərinə görə, deputat bildirib ki, son vaxtlar "rəqəmsal klonlaşdırma” və ya "deepfake” texnologiyalarından istifadə etməklə törədilən hüquqazidd əməllər sürətlə artmaqdadır:

"Xüsusi narahatlıq yaradan hal odur ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, dövlət rəsmiləri, millət vəkilləri də bu cür rəqəmsal hücumlara, hətta deyərdim ki, rəqəmsal terrora məruz qalır, onların səs və görüntüləri təqlid edilir, adlarından saxta video-müraciətlər, bəyanatlar və yazılı açıqlamalar hazırlanaraq sosial şəbəkələr vasitəsilə geniş şəkildə yayılır.

İnformasiya müharibəsinin təhlükəli alətinə çevrilən bu saxta kontentlərin əsas məqsədi ictimaiyyətdə çaşqınlıq yaratmaq, ictimai rəyi manipulyasiya etmək, dövlət orqanlarına inamsızlıq formalaşdırmaq, ölkəmizin milli maraqlarına və təhlükəsizliyinə xələl gətirməkdir. Lakin bu təhlükələrin qarşısını effektiv şəkildə almaq üçün qanuni mexanizmlərimiz yetərli deyil.

Mövcud qanunvericiliyimizdə "rəqəmsal klonlaşdırma” və ya "deepfake” kimi anlayışlar ayrıca hüquqi kateqoriya kimi tam və müasir çağırışlara uyğun olaraq sistemli şəkildə tənzimlənmir.

Bu boşluqdan istifadə edən maraqlı dairələr və şəxslər, o cümlədən "Meta”, "YouTube”, "X”, "TikTok” kimi sosial media platformaları Azərbaycanın informasiya məkanında istədiyi kimi fəaliyyət göstərir, lakin buna görə görə heç bir hüquqi məsuliyyət daşımırlar”.

OXŞAR XƏBƏRLƏR