Online təlim portalı istifadəyə verildi

Online təlim portalı istifadəyə verildi
Bütün Xəbərlər
15:58 26.02.2016
1328

Bu gün Modern Marketing Group tərəfindən biznes və marketinq sektorunda ilk dəfə olaraq onlayn təlim portalı www.marktube.az istifadəyə verildi. Artıq təlimə getmək üçün heç bir maneə qalmadı. İstifadəçi marktube.az saytına daxil olmaqla günün istənilən saatında istədiyi məkanda peşəkar təlimçilər tərəfindən hazırlanmış təlimləri izləyə bilər. Daha sonra istifadəçi izlədiyi təlimlərə uyğun onlayn imtahanda iştirak edə bilər. Əgər imtahandan uğurla keçərsə sertifikat əldə edəcək.

Çünki, Marktube.az saytı bütün bu problemlərin həllidir. Marktube.az saytının üstünlüklərindən biri də istifadəçinin təlimi geniş auditoriyada deyil, fərdi şəkildə izləməsidir. Beləliklə də, istifadəçi auditoriya kompleksindən azad olacaq, təlimi tam mənimsəyə bilmək üçün ənənəvi təlim metodlarından fərqli olaraq təkrar-təkrar izləmə şansı əldə etmiş olacaq. Eyni zamanda, istifadəçi təlim zalında deyil ona ən rahat olan şəraitdə təlimdə iştirak edəcək. Bununla da, siz təlimə deyil, təlim sizə gələcək. Beləliklə marktube.az ilə siz təlim, məsafə, məkan və zamanda limitsiz olacaqsınız

Marktube.az Limit Sizsiniz.

https://www.facebook.com/marktube.az

www.marktube.az

OXŞAR XƏBƏRLƏR