Onu tutmaq istəyən 2 polisi bıçaqladı - Şirvanda cinayət

Onu tutmaq istəyən 2 polisi bıçaqladı - Şirvanda cinayət
SOSİAL
14:11 23.03.2017
1219
 
Şirvan sakini polis əməkdaşlarına bıçaqla xəsarət yetirib.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki, martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.
 
OXŞAR XƏBƏRLƏR