Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayon sakini, 40 yaşlı Eynulla Musayevin məhkəməsi başlayıb.
AZXEBER.COM-un məlumatına görə, arvadını öldürməkdə təqsirləndirilən E.Musayevin məhkəməsi hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilir.İttihama görə, E.Musayev bu il mayın 27-də Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində həyat yoldaşı Şərqiyyə Musayevanı bıçaqla qətlə yetirib.Eynulla Musayev sərxoş vəziyyətdə həyat yoldaşını incidib. Bundan sonra onunla intim münasibətdə olmaq istəyib. Qadın buna etiraz edəndə ailədə növbəti dəfə dava düşüb. Nəticədə qanlı hadisə baş verib.