Ordumuzun açdığı cavab atəşi ilə erməni hərbçisi öldürülüb
MARAQLI
12:06 29.04.2011
1889
APA-nın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin açdığı cavab atəşi nəticəsində bir erməni hərbçisi öldürülüb. Ermənistan mətbuatı başından aldığı güllə yarasından dünyasını dəyişən hərbçinin 1992-ci il təvəllüdlü Baxşiyan Vazgen Karlenoviç olduğunu yazır. Yaralı hospitala aparılsa da, yolda keçinib.