Sabirabadda evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlamış qadın tutulub.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Zeynal Əlişovun evindən içərisində 60.000 dollar dəyərində qızıl əşyaları və şəxsi sənədləri olan seyfi oğurlamış Hacıqabul şəhər sakini Gülnarə Qarayeva tutulub.