Orxan Aslanovun evində yanğın - VİDEO

Orxan Aslanovun evində yanğın - VİDEO
SOSİAL
10:23 23.03.2026
338
Tanınmış fotoqraf Orxan Aslanovun evində yanğın baş verib. 

AZXEBER.COM xəbər verir ki, bu haqda paylaşım edən O.Aslanovun sözlərinə görə, hadisə səhərə yaxın qeydə alınıb. 

"Təəssüf ki, bu gün pis bir gün idi. Bütün qarajımızı itirdik, zədələnmiş maşını çətinliklə çıxara bildik və başqa heç nəyi xilas edə bilmədik. Uzun müddətdir yığdığım hər şey yox oldu. Əsas odur ki, heç kim zərər görmədi. Ona görə də hər yaşadığımız gündən zövq almalıyıq. Hər şey yoluna düşəcək”, - fotoqraf qeyd edib. 

Qeyd edək ki, Orxan Aslanovun həyat yoldaşı Günay Aslan Ansari də influenser kimi fəaliyyət göstərir. Cütlüyün iki övladı var.
 

OXŞAR XƏBƏRLƏR