AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Argentina Müəlliflər Cəmiyyəti sosial şəbəkələrdə məlumat yayıb.
Bildirilib ki, o, aprelin 21-də Buenos-Ayresdə ölüb.
Qeyd edək ki, Puenso 1986-cı ildə "Rəsmi versiya" filmi ilə Oskar mükafatına layiq görülüb. O, həmçinin "Qoca qrinqo" (1989) və "Taun" (1992) filmləri ilə tanınıb.
Rejissor "Oskar"dan başqa "Qızıl qlobus", doqquz "Gümüş kondor" və digər mükafatların sahibidir.











































