'Çoxları Aytən Mustafayevanın kim olduğunu belə bilmir' - Gözəgörünməz millət vəkili
Bütün Xəbərlər
13:54 17.10.2012
6651
Qaynar.info deputat-jurnalist münasibətləri çərçivəsində ənənəvi rubrikasını davam etdirir və bu dəfə də ictimai rəyin formalaşmasında yaxından iştirak edən qələm əhli deputatların fəaliyyətini təftiş edəcəklər.Azad Əliyev (“Həftə İçi” qəzetinin əməkdaşı):“93 saylı Bərdə seçki dairəsinin seçicisiyəm. Partlamentdə bizi təmsil edən deputat Zahid Orucdur. Sözün açığı rayonda gec-gec olduğum üçün onun deputat kimi fəaliyyəti haqqında məlumatsızam. Amma ictimai aktivliyi bir seçici kimi məni qane edir. Zahid Oruc fəal deputatlardandır, aktivliyi ilə seçilir. Tez-tez onun mətbuatda açıqlamalarına, şərhlərinə rast gəlirik. Kifayət qədər istedadlı, siyasi cəhətdən bişmiş bir siyasətçidir. Bu mənada onun fəaliyyətini təqdir edirəm”.Aynur Elgünəş (müstəqil jurnalist):“Mən Agdamlıyam ve deputat Bəxtiyar Sadıqovun seçki dairəsi ərazisindənəm. Bütün agdamlılar kimi mən də nə zamansa Bəxtiyardan canımızın qurtaracağı günü gözləyirəm. Heç bir fəaliyyəti yoxdu. Yalniz özu ücün şərait yaradır. Bəxtiyar Sadıqovdan ancaq kimise vurmaq lazım olanda istifadə edirler. Onda da Lider TV-yə baxan seçicilər üzünü görür. Mənsə heç o kanala baxmıram”.Əfsələddin Ağalarov (Azxeber.com portalının baş redaktoru):