Cənubi Koreyanın paytaxtı Seulun cənubunda çoxmərtəbəli binada güclü yanğın baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Belə ki, yerli vaxtla səhər saatlarında Dobonq şəhərində 23 mərtəbəli binanın üçüncü mərtəbəsində naməlum səbəbdən yanğın baş verib.
Yanğında 2 nəfər ölüb, 29 nəfər yaralanıb.
Ürəyinin dayandığı müəyyən edilən 30 yaşlarında iki kişi və 70 yaşlı qadın ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.
Xəstəxanada iki kişi dünyasını dəyişib, yaşlı qadının müalicəsi isə davam edir.
Binada 17 mənzilə ziyan dəyib.
Polis və yanğınsöndürənlər hadisənin səbəbinin araşdırıldığını bildiriblər.
Mikayıl