Pakistanın yeni prezidenti o oldu

Pakistanın yeni prezidenti o oldu
DÜNYA
21:13 09.03.2024
196
Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdari ölkənin yeni prezidenti seçilib.

AZXEBER.COM axar.az-a istinadla xəbər verir ki, Zərdari seçicilər kollegiyasının 411 səsi ilə qalib olub.

Onun əsas rəqibi Mahmud Xan Açakzay 181 səs toplayıb.

Qeyd edək ki, Pakistan Konstitusiyasına əsasən parlament seçkilərindən bir ay sonra prezident seçkiləri keçirilir.
OXŞAR XƏBƏRLƏR