Parlamentdə Netanyahuya etiraz: Çıxışı yarımçıq kəsildi - VİDEO

Parlamentdə Netanyahuya etiraz: Çıxışı yarımçıq kəsildi - VİDEO
DÜNYA
11:35 26.12.2023
150
HƏMAS-ın girov saxladığı insanların ailələri İsrailin baş naziri Binyamin Netanyahu parlamentdə çıxış edərkən ona etiraz ediblər.
  
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Netanyahu Qəzzada müharibənin davam edəcəyini və məhbusların evlərinə qayıtmaları üçün zamana ehtiyac olduğunu bildirib.

"Hərbi təzyiq olmadan 100-dən çox girovun azad edilməsini təmin edə bilməzdik”, - deyən Netanyahu HƏMAS-la əsir mübadiləsində 81 nəfərin, eləcə də müxtəlif razılaşmalar əsasında 100-dən çox əsirin İsrail qüvvələrinin hücumları sayəsində azad edildiyini bildirib. 

Netanyahu Qəzzada əsirləri "hərbi təzyiqlə xilas etdiklərini, lakin bunun üçün zamana ehtiyacları var” deyərkən parlamentdəki əsirlərin qohumu "vaxtımız yoxdur” söyləyərək etiraz ediblər.

Bundan sonra israilli məhbusların yaxınları Netanyahunun çıxışını kəsib və məhbusların dərhal evlərinə qayıtmasını tələb ediblər.
 
Mikayıl
 


OXŞAR XƏBƏRLƏR