Paşinyan: Azərbaycanla sülh Aİİ çərçivəsində də yeni imkanlar açır

Paşinyan: Azərbaycanla sülh Aİİ çərçivəsində də yeni imkanlar açır
DÜNYA
15:00 18.12.2025
112
Ermənistanla Azərbaycan arasında bərqərar olmuş sülh Avrasiya İqtisadi İttifaqı çərçivəsində də yeni imkanlar açır.

Bu barədə Baş nazir Nikol Paşinyan bu gün brifinqdə bildirib.

"Yadınızdadırsa, avqustun 8-dən sonra bəziləri deyirdilər ki, bu, Rusiyaya qarşı yönəlmiş anti-Rusiya qərarıdır, mən isə dedim ki, yox, Ermənistan-Rusiya münasibətləri üçün də yeni imkanlar açılır. 8 avqust tarixli razılaşmalar nəticəsində indi müstəqil Ermənistanın və Rusiyanın tarixində heç vaxt olmayan bir şey baş verdi: Ermənistan və Rusiya arasında dəmir yolu əlaqəsi var!”, - o qeyd edib.

OXŞAR XƏBƏRLƏR