Ermənistan Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə hökumətlərarası komissiyanın həmsədri Mqer Qriqoryan ABŞ-nin bu ölkədəki səfiri Kristina Kuinlə görüşüb.
Danışıqlarda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub.
Qeyd edək ki, axşam saatlarında Qriqoryanın Tavuşa səfər edərək yerli sakinlərlə görüşəcəyi bildirilir.