Sumqayıt şəhərində oğurluq edənlər saxlanıldı

Sumqayıt şəhərində oğurluq edənlər saxlanıldı
KRİMİNAL
15:22 16.12.2025
257
Səbail rayonu ərazisində bir nəfərə məxsus 900 manat dəyərində təmir-tikinti alətinin talanması barədə polisə məlumat daxil olub.
 
AZXEBER.COM xəbər verir ki, Səbail RPİ 41-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən C.Xasməmmədov və F.Abdullayev müəyyən edilərək saxlanılıblar.

Sumqayıt şəhərində isə ayrı-ayrı vaxtlarda bir nəfərin itirdiyi bank kartından, digərinin isə ödəmə terminalından maddi vəsaitlərini oğurlamaqda şübhəli bilinən 20 yaşlı N.Niftalıyev və 24 yaşlı F.Əliyev də polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR