Paytaxtın bu yollarında sıxlıq var

Paytaxtın bu yollarında sıxlıq var
SOSİAL
09:48 08.07.2022
208
Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi Bakıda sıxlıq yaranan avtomobil yollarını açıqlayıb.

Mərkəzdən AZXEBER.COM-a verilən məlumata görə, hazırda yollarda vəziyyət aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şosesində – Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq

2. Binəqədi şosesində - mərkəz - Azadlıq prospekti metro stansiyası istiqamətində sıxlıq

3. Moskva prospektində - Alov zavodun qarşısından 20 Yanvar dairəsinə qədər kənar yolda sıxlıq

4. Ziya Bünyadov prospektində - Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

5. Heydər Əliyev prospektində - Koroğlu metro stansiyasının qarşısından 5 saylı Asan xidmət mərkəzinin qarşısına qədər əsas və kənar yolda sıxlıq

6. Koroğlu Rəhimov küçəsində, Təbriz küçəsi ilə kəsişmədən Ak.Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR