Peşəkar boksçu rəqibinin qulağını dişlədi - VİDEO

MARAQLI
12:52 25.04.2011
1683

Argentinalı boksçu Aleksandro Qomes məşhur peşəkar boksçu Mayk Taysonun 1997-ci ildə etdiyi hərəkəti təkrarlayıb. ANS PRESS-in “El Commercial.com.ar” internet nəşrinə istinadən verdiyi məlumata görə, Aleksandro Qomes boks döyüşü zamanı həmyerlisi Visente Martin Rodriqesin qulağını dişləyib.


İnsident döyüşün altıncı raundunda baş verib. Aleksandro Qomes rəqibinin qulağından dişləyəndən sonra həkim Rodriqesi müayinə edərək qarşılaşmanı yarımçıq kəsib. Referi isə videotəkrara baxaraq Aleksandro Qomesi diskvalifikasiya etmək qərarına gəlib.

Xatırladaq ki, qulağı dişlənən Rodriqes rinqdə 36 döyüş keçirib. O, bu qarşılaşmalardan 33-də qələbə qazanıb. Aleksandro Qomes isə 37 döyüş keçirərək bu qarşılaşmaların 11-i qələbə ilə başa vurub.

OXŞAR XƏBƏRLƏR