Petr Çex "Çelsi"yə qayıtdı

Petr Çex "Çelsi"yə qayıtdı
İDMAN
19:08 21.06.2019
3950

Avropa Liqasının Bakıda keçirilən  final oyunundan sonra karyerasını bitirən "Arsenal"In qapıçısı Petr Çex "Çelsi"yə qayıdıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Çexiyalı veteran qolkiper  "zadəganlar"ın texniki müşaviri təyin edilib. 

Qeyd edək ki, Çex 2004-2015-ci illərdə "Çelsi"nin formasını geyinib. 4 dəfə İngiltərə çempionu və ölkə kubokunun sahibi olan 37 yaşlı qapıçı 3 dəfə də Liqa kubokunu qazanıb. O, 2012-ci ildə Çempionlar Liqası, bir il sonra isə Avropa Liqasında qələbə sevinci yaşayıb.

 

qol.az

OXŞAR XƏBƏRLƏR