Pezeşkianın parlamentə təqdim etdiyi siyahı tənqid edildi

DÜNYA
14:49 13.08.2024
150
İran Prezidenti Məsud Pezeşkian parlamentə təqdim etdiyi Nazirlər Kabinetinin siyahısına görə edilən tənqidlərə cavab verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pezeşkian X sosial media hesabından paylaşdığı mesajda tənqidlərə cavab verib.

O, tənqidçilərə kabinetin işləməsini gözləmələrini və fəaliyyətinə görə tənqid etmələrini bildirib.
 
"Siyasətçilərin davranışlarına qarşı laqeydlik yerini tənqidə verdi. Bu, irəliyə doğru bir addım atdığımız anlamına gəlir", - deyə Pezeşkian qeyd edib.

Qeyd edək ki, Pezeşkian kabinetinə daxil etmək istədiyi 19 adı avqustun 11-də parlamentə təqdim edib. 

Parlamentə təqdim olunan kabinet siyahısındakı adlar üçün bir həftə ərzində deputatlar tərəfindən ayrıca etimad səsverməsi keçiriləcək.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR