PKK-nın partlatmaq istədiyi obyektlər arasında Azərbaycan şirkəti də var

PKK-nın partlatmaq istədiyi obyektlər arasında Azərbaycan şirkəti də var
SOSİAL
12:59 06.10.2016
1579

 

PKK terror təşkilatının SOCAR-ın Türkiyədəki müəssisəsində partlayış törətmək planının olduğu üzə çıxıb.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, belə bir planın olduğu İzmir polisinin həyata keçirdiyi əməliyyat zamanı yaxalanan terrorçunun ifadəsi zamanı ortaya çıxıb.
İzmir Polis İdarəsi ötən bazar günü İzmir şəhərində partlayış törətmək istəyən 3 terrorçunu yaxalayıb. Terrorçulardan biri bazar günü yerli vaxtla saat 22 radələrində 3 kq partlayıcı ilə yaxalanıb, digər iki terrorçu qaçıb. Polisin həyata keçirdiyi əməliyyat nəticəsində terrorçulardan 23 yaşlı Mehmet D. bir gün sonra Bayraklıda qardaşının evində,  Ahmet D. isə Qarabağlarda yaxalanıb. 
Universitet tələbəsi olan Mehmet D. Şimali İraqda təlim keçdiyini, bir həftə əvvəl qaçaq yolla Türkiyəyə, İzmirə gəldiyini, şəhərdə hakim Ədalət və İnkişaf Partiyasının qərargahı və ticarət mərkəzləri yaxınlığında kəşfiyyat apardığını bildirib. Mehmet D. deyib ki, PKK partlayışlar törətmək üçün polisin diqqətini çəkməyən universitet tələbələrini xüsusi olaraq seçib: "Mən kəşfiyyat üçün İzmir Əliağadakı "Petkim" müəssisəsinə də gedəcəkdim, uzaq olduğu üçün gedə bilmədim. Partlayış törədəcəyimiz yerlər arasında polis və hərbçilərlə yanaşı, Türkiyə iqtisadiyyatında önəmli rol oynayan müəssisələrə də hücum əmri verilib. PKK strategiyasını dəyişib, Türkiyədə polis və əsgərlərlə bərabər, bundan sonra Türkiyə iqtisadiyyatı üçün önəmli müəssisələrə də hücum edilməsi, beləliklə, Türkiyə iqtisadiyyatına zərbə vurulması əmrini verib". 
Qeyd edək ki, "Petkim Petrokimya Holding A. Ş."-nin səhmlərinin 58%-i "SOCAR Enerji Türkiye A.Ş."-yə məxsusdur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi