Dünən Türkiyənin “Star” kanalında yayımlanan “Yetenek sizsiniz” (İstedad sizsiniz) yarışmasının iştirakçılarından biri – Almaniyadan proqrama qatılan Saymon Pierro müsabiqənin münsiflər heyətini şoka salıb.
AZXEBER.COM-un verdiyi xəbərə görə, o, icad etdiyi bacarığını texnologiyanın ən son nailiyyətlərindən biri ilə -planşetlə nümayiş etdirib. Nazik və ensiz təbəqəyə malik planşetdən əvvəlcə Saymon tennis topu çıxarıb, daha sonra planşetdəki təsvirdə günəşi oğurlayaraq, barmaqları ilə onu müstəvidən götürüb.Skype-la danışdığı dostunun başına canlı yayımda ayran tökən Saymonun məharətinə bu videoda baxmaq olar: