Tailandda plastik şüşələrdən hazırladığı qayıqla sahildən adaya getmək üçün üzən evsiz kişi güclü külək səbəbindən dənizin ortasında qalıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, çarəsiz qalan kişi xəbər alındıqdan sonra sahil mühafizə qrupları tərəfindən xilas edilib.
Sahil mühafizə qrupu hərəkətə keçərək, qayıq tərəfindən atılan şəxsi sahildən təxminən 2.4 kilometr aralıda tapıb.
Kişi qayığa aparılarkən plastik şüşələrdən hazırladığı qayıq sahil mühafizə gəmisinə bağlanaraq sahilə çəkilib.
Evsiz olduğu aşkarlanan və plastik toplayaraq çörəkpulu qazanan şəxs səhər tezdən dənizə çıxdığını, lakin günorta saatlarında güclü külək səbəbindən qayığa nəzarəti itirdiyini bildirib.
Mikayıl