'Playboy'un yaradıcısı 26 yaşlı fotomodellə evləndi - FOTO

MAQAZİN
12:11 01.01.2013
3141
Tanınmış Amerika jurnalı Playboy-un yaradıcısı 86 yaşlı Hyu Hefner 26 yaşlı fotomodel Kristall Harrislə evlənib.AZXEBER.COM-un TMZ portalına istinadən verdiyi məlumata görə, nikah mərasimi 2012-ci ilin son günü baş tutub.Qeyd edək ki, Kristall Harris özündən 60 yaş böyük Hyu Hefnerə ərə getməkdən imtina edirdi. O, 2011-ci ilin iyununa təyin olunmuş toydan dörd gün əvvəl imtina qərarını açıqlamışdı. Bundan bir il sonra cütlük barışdı və yenidən birlikdə yaşamağa başladılar. Bu il dekabrın 4-də Hyu Hefner və Kristall Harris yenidən evlilik qərarı aldılar.Cütlük ailə üzvləri və yaxın dostların iştirakı ilə dekabrın 31-də evlənib.

OXŞAR XƏBƏRLƏR