Polad Bülbüloğlu “Şərəf” ordeni ilə təltif edildi

MƏDƏNİYYƏT
17:24 03.02.2015
2349
Dövlət başçısı sərəncam imzaladı.
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar, müğənni Polad Bülbüloğlunun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM  AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının mədəni və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Polad Bülbüloğlu “Şərəf” ordeni ilə təltif edilsin”.

OXŞAR XƏBƏRLƏR