Binəqədi rayonunda avtomobil qaçıran şəxsi saxladı

Binəqədi rayonunda avtomobil qaçıran şəxsi saxladı
KRİMİNAL
12:40 05.09.2025
2067
Sentyabrın 4-də paytaxtın Binəqədi rayonunda sürücü polisə müraciət edərək "VAZ-2106” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.
 
AZXEBER.COM xəbər verir ki, Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı C.Qurbanov saxlanılıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR