Polis əməkdaşını öldürmüşdü - 19 il sonra edam edildi

Polis əməkdaşını öldürmüşdü - 19 il sonra edam edildi
DÜNYA
15:21 28.12.2023
173
 
İranda bank quldurluğu zamanı polis əməkdaşını öldürməkdə təqsirləndirilən məhbus 19 il sonra edam edilib.
    
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranda polis əməkdaşını qətlə yetirməkdə təqsirli bilinərək edama məhkum edilən şəxsin hökmü icra edilib.

Belə ki, silahlı bank quldurluğu zamanı Məhəmməd İbrahimi adlı polis məmurunu öldürdüyünə görə edam cəzasına məhkum edilən məhbus 19 il sonra edam edilib.

Edam edilən məhbusun kimliyi açıqlanmasa da, onun 2004-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərində bank şöbəsində oğurluqdan sonra qaçarkən bir polis əməkdaşını öldürdüyü bildirilib.

Sözügedən məhbusun silahlı soyğunçu dəstənin başçısı olduğu bildirilib.
 
Mikayıl
 
OXŞAR XƏBƏRLƏR