Polis evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayan şəxsləri saxladı

Polis evlərdən qaz sayğacları, skuter və velosiped oğurlayan şəxsləri saxladı
KRİMİNAL
16:54 27.11.2025
207
Abşeron rayonunda talama faktları qeydə alınıb. Xırdalan şəhər sakini olan iki vətəndaş polisə müraciət edərək gecə saatlarında evlərindən qaz sayğaclarının oğurlandığını bildiriblər.
 
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, keçmişdə də məhkum olunmuş 35 yaşlı R.Abbasov müəyyən olunaraq saxlanılıb.
 
Paytaxtın Nəsimi rayonunda isə zərərçəkənlərin evlərinin qarşısından ümumi dəyəri 1440 manat olan skuter və velosiped oğurlamaqda şübhəli bilinən 25 yaşlı M.Cəfərov və 23 yaşlı A.Poladov da polis tərəfindən saxlanılıblar.
 
Faktlar üzrə araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR