Türkiyənin İzmir bölgəsi Çiğli rayonunda baş verən qəzada biri ağır olmaqla 3 polis əməkdaşı yaralanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Qəza saat 01.30 radələrində Balatçık Məhəlləsi Anadolu Prospektində meydana gəlib.
Polis maşını idarəetməni itirərək yolun sağ tərəfindəki quruya çırpılıb.
Qəza yerinə gələn sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım alan yaralılar yaxında yerləşən xəstəxanalara aparılıb.
Qeyd edək ki, müalicə olunan polislərdən birinin vəziyyəti ağır, digər 2-nin vəziyyətinin yaxşı olduğu öyrənilib.
Oksana