Polis nəqliyyat vasitəsini qaçırıb qəza törədən şəxsi saxladı

Polis nəqliyyat vasitəsini qaçırıb qəza törədən şəxsi saxladı
KRİMİNAL
14:24 20.11.2025
158
Noyabrın 17-də səhər saatlarında paytaxtın Qaradağ rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən "BYD” markalı avtomobil qaçırılıb.
 
Həmin şəxs qaçırdığı avtomobillə yol-nəqliyyat hadisəsi törədib və avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

AZXEBER.COM xəbər verir ki, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, həmin məntəqədə işləyən 29 yaşlı S.Kərimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR