Polis Prezident Sarayına basqın etdi - iki deputat saxlanıldı

Polis Prezident Sarayına basqın etdi - iki deputat saxlanıldı
DÜNYA
14:31 10.01.2024
159
Polşada yeni və köhnə administrasiyalar arasında gərginlik artdıqca dünən paytaxt Varşavada qeyri-adi hadisələr yaşanıb.
    
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Polşa polisi dünən axşam saatlarında Prezident Sarayına basqın edərək iki parlament üzvünü saxlayıb.

Prezident Anjey Dudanın himayəsi altında sarayda işləyən keçmiş nazir Mariuş Kaminski və onun müavini Macey Vasik səlahiyyətlərindən sui-istifadə ittihamı ilə həbs cəzasına məhkum ediliblər.

Polis rəsmiləri iki deputatın məhkəmə qərarı ilə həbs olunduğunu açıqlayıb.

Oktyabrda keçirilən seçkilərdə gözlənilmədən qalib gələn AB-yönlü Task hökuməti dövlətin, medianın və məhkəmə sisteminin tənqidi institutlarında sərt müxalifəti davam etdirən PiS tərəfdarlarını ləğv etməyə çalışır.
 
Parlamentin spikeri Simon Holoniya vəziyyəti "böyük konstitusiya böhranı" kimi qiymətləndirib.

Polşa lideri Duda isə 2015-ci ildə korrupsiyada ittiham olunan iki deputatı əfv etdiyini iddia edir.
 
Saxlanıldıqdan sonra həbsxanada aclıq aksiyasına başlayan deputatlar yeni hökuməti də müxalifəti sıxışdırmaqla diktatura qurmaqda ittiham edirlər.
 
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR