Polisdən "Son zəng"lə bağlı müraciət: “Bu halda siz məsuliyyətə cəlb ediləcəksiniz”

Polisdən "Son zəng"lə bağlı müraciət: “Bu halda siz məsuliyyətə cəlb ediləcəksiniz”
SOSİAL
10:29 14.06.2022
250
Daxili İşlər Nazirliyi "Son zəng"lə bağlı valideynlərə və məzunlara müraciət edib.

AZXEBER.COM xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli valideynlər!

Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz.

Hörmətli məzunlar!

Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".
OXŞAR XƏBƏRLƏR