19:55 çərşənbə Axşamı, 23 Iyul 2019
SOSİAL

Polisdən sosial şəbəkədə yayılan video ilə bağlı - AÇIQLAMA

23:41, 12.07.201913484
Polisdən sosial şəbəkədə yayılan video ilə bağlı - AÇIQLAMA
Sosial şəbəkələrdə Bakı şəhərində vətəndaşa qarşı polis təzyiqi nümayiş etdirilən videogörüntülər yayılıb.

İki hissədən ibarət olan, lakin ustalıqla montaj olunan videogörüntülərin ikinci hissəsi bu gün günorta saatlarında 20 Yanvar dairəsində çəkilib.

Bu barədə AZXEBER.COM-a məlumat verən Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, görüntülərin birinci hissəsi daha əvvəlki illərə aid olsa da məqsədli olaraq, səs görüntüyə uyğunlaşdırılmaqla "polis zorakılığı” təsəvvürü yaradılıb. Məlumatda vurğulanıb ki, görüntülərin həqiqiliyi yoxlanılıb, orda iddia edilən hallar təsdiqini tapmayıb: "Aparılan araşdırma zamanı müəyyən olunub ki, polisin ərazidə küçə ticarətinə qarşı mübarizə tədbirləri çərçivəsində Qaradağ rayonu, Ələt qəsəbə sakini 1998-ci il təvəllüdlü Emin Gənciyev bölməyə dəvət olunaraq, əməlinin hüquqazidd olması ona izah edilib, barəsində inzibati protokol tərtib olunaraq sərbəst buraxılıb. E.Gənciyə polis tərfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, o buna məhəl qoymayıb, piyada və avtomobil yollarının hərəkət hissəsində qanunsuz əməllərini davam etdirib.”

E.Hacıyev əlavə edib ki, hər bir paytaxt sakini şəhər təsərüfatının, eləcə də ictimai qaydanın normalarına əməl etməli, neqativ təzahürlərə qarşı polisin qanuni tələblərinə həssas yanaşmalıdır.
XƏBƏR LENTİ