Skuterlə polisdən qaçmağa çalışan iki nəfər dəhşətli qəza keçirib.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Fransada polisin xəbərdarlığına baxmayaraq dayanmayan 19 yaşlı skuter sürücüsü qəza nəticəsində dünyasını dəyişib.
Polislə təqib nəticəsində üzərində 2 nəfərin olduğu skuter başqa bir polis maşınına çırpılıb.
Polis rəsmiləri 19 yaşlı gəncin hadisə yerində öldüyünü, digər sərnişinin isə ayağından yaralandığını bildirib.
Yaralı sərnişinin xəstəxanada müalicəsinin davam etdiyi bildirilib.
Şahid iddia edib ki, polis maşını skuterin qarşısını kəsərək ölümcül qəzaya səbəb olub və skuter sürücüsü zərbədən sonra pikapın altında qalıb.
Mikayıl