Rusiyanın böyük şəhərlərində polisin “Kalina” və ya “Lada 110”la xidmət apardığı halda müharibədən yenicə çıxmış respublikanın yüz minlik avtomobillər alması medianın diqqət mərkəzindədir. Bəziləri isə bunu qafqazlıların avtomobil sevgisi ilə əlaqələndirib. məsələn, Çeçenistanın Moskvadakı nümayəndəsini həmişə 2 “Porsche Cayenne” müşayiət edir. Kadırov isə paytaxta gəldikdə onu 2 “Mercedes-Benz GL500” müşayiət edir. Qroznıda isə onun kortejindəki avtomobillərin sayı-hesabı bilinmir.
/// lent.az